Ən çox qəza törədən avtomobillər hansılardır?

 Ən çox qəza törədən avtomobillər hansılardır?

Son bir aya nəzər salsaq, Bakıda ən çox yol-nəqliyyat hadisəsi törədənlər taksi sürücüləridir.
 

Bu barədə iyulun 27-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qurum rəsmisi bildirib ki, qəzalarda iştiraka görə liderlər “Ravon”, “AzSamand” və “Toyota Prius” markalı avtomobillərdir. Ümumilikdə, ən çox qəza törədən isə “Toyota Prius” markalı avtomobillərin sürücüləridir.

Qeyd edək ki, 2022-ci ilin birinci rübündə Azərbaycanda 403 yol-nəqliyyat hadisəsi baş verib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çoxdur.

21:24 - 30 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin