16 aylıq körpəsini təkbaşına buraxaraq onun ölümünə səbəb olan ana ömürlük həbs edilib.
“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, hadisə ABŞ-də baş verib. Belə ki, 32 yaşlı Kristelnu Kandelario ötən il 1 yaş 4 aylıq uşağını tətilə getdiyi üçün evdə tək qoyub və nəticədə körpə ölüb.
Daha sonra ana bunu etiraf edib.
Həbs edilən ana məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.