Salyanda şəhid mayorun adını daşıyan küçə bərbad vəziyyətdədir - FOTO/VİDEO

 Salyanda şəhid mayorun adını daşıyan küçə bərbad vəziyyətdədir - FOTO/VİDEO

Salyan şəhərinin mərkəzində yaşayan sakinlər küçələrin və yolların vəziyyətindən narazıdırlar.

Sakinlər müraciət edərək bildirib ki, şəhərin mərkəzi küçələri, həmçinin, 44 günlük Vətən müharibəsi Qəhrəmanı, şəhid mayor Vidadi  Əhmədovun adını daşıyan küçənin və Əliağa Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin yolları keçilməz haldadır.

Məktəblilər və digər insanlar sözügedən yollarda hərəkət etməkdə çətinlik çəkirlər.   



Sakinlərin sözlərinə görə, sadlanan yollarda su-kanalizasiya qazıntısı ilə bağlı işlər aparılan zaman yollar daha da bərbad vəziyyətə salınır.

Uşaqların məktəbə getməsindən tutmuş, təcili yardım xidmətindən istifadə etməyin qeyri-mümkün olmasına qədər yaşanan bir çox problemlər sakinlərin narazılığını artırmaqdadır.

Məsələ ilə bağlı müvafiq qurumlar heç bir tədbir görmək istəmirlər. 


 

 

12:15 - 19 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin