Ötən gündən etibarən paytaxtın 8 Noyabr prospektində əsaslı təmir işlərinə start verilib.
Asayis.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumatda bildirilir ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı:
“Əsaslı təmir işlərinə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində start verilib. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır.
İşlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib”.