“Kanal 11”in həbsdə olan rəhbərinə əlavə ittiham irəli sürüldü

 “Kanal 11”in həbsdə olan rəhbərinə əlavə ittiham irəli sürüldü

"Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı əlavə ittiham irəli sürüldüyü bildirilir.

APA xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat yayıb.

Onun sözlərinə görə, əvvəlki müvəkkili barəsində əlavə ittiham verilib:

“Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

16:00 - 17 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin