İdman zalında 7 yaşlı uşağı öldürən idmançı vaxt istədi - MƏHKƏMƏ

 İdman zalında 7 yaşlı uşağı öldürən idmançı vaxt istədi - MƏHKƏMƏ

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asayis.Az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən qapalı  prosesdə  Mehman Xəlilovun vəkili Anar Qasımlı müdafiə çıxışı edib.

Vəkil deyib ki, müvəkkilinin əməlinə görə həddən artıq ağır ittiham verilib. Vəkil hesab edir ki, Xəlilov Cinayət Məcəlləsinin 124-cü(ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində cəzalandırılmalıdır.

Ağır cinayətdə itttiham olunan idmançı  son söz demək üçün vaxt istəyib.

Hakimlər ona vaxt verib. Növbəti proses martın 19-a təyin edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmşsi istənilib. 

İttihama görə, ötən ilin aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
 

12:30 - 16 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin