“Belələri xalqa ağıl öyrətməməlidir” - Elçin Şıxlı kanallardakı biabırçılıqdan DANIŞDI

 “Belələri xalqa ağıl öyrətməməlidir” - Elçin Şıxlı kanallardakı biabırçılıqdan DANIŞDI

"Sosial problemlərə həsr olunan verilişlər dünyanın hər yerində var. Sadəcə olaraq onları abırlı şəkildə aparmaq lazımdır. Abırsız, normal insanları görəndə gizlənməli olan adamlar gəlib xalqa ağıl öyrətməməlidir. Hər cür fırıldaqçı, tibdən anlayışı olmayan insanları həkim kimi təqdim etmək, yaxud, hansısa bir “çadır müğənnisi”ni Pavarottiyə bənzətmək milləti aldatmaq deməkdir”.      

Asayis.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. 

Tanınmış ziyalının fikrincə, belə verilişlərin səviyyəsini qaldırmaq lazımdır:

“Bunun üçün də səviyyəli televiziya kanallarına, rəhbərlərə, aparıcılara və jurnalistlərə ehtiyac var. Bunlar olmayan yerdə təbii ki, Prezident Administrasiyası da belə verilişlərdən narazı qalacaq və irad bildirəcək. Hər şeyə peşəkarcasına yanaşmaq lazımdır. Televiziyaların kandarına belə buraxılmayacaq adamları içəri keçirib millətin başına çıxarmaq olmaz. Bu məsələlərə diqqət edilsə, normal sosial yönümlü verilişlər hazırlamaq və aparmaq olar”.

Qeyd edək ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. 

“Qafqazinfo”nun məlumatına görə, kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. 

Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Demokrat.az

14:00 - 15 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin