Sabir Rüstəmxanlının oğlu rəsmən boşandı - FOTOLAR

 Sabir Rüstəmxanlının oğlu rəsmən boşandı - FOTOLAR

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı da həyat yoldaşından boşanıb.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, C. Rüstəmxanlı ilə həyat yoldaşı Günel Rüstəmxanlı-Məmmədova arasında olan nigah pozulmuş hesab edilib. Bu barədə Yasamal rayon Məhkəməsi 11 mart 2024-cü il tarixli qətnamə çıxarıb. Qətnamədə göstərilib ki, C. Rüstəmxanlı ilə G. Rüstəmxanlı arasında Bakı Nigah Evində 02 iyun 2012-ci il tarixdə 1025 nömrəli akt qeydi ilə bağlanmış nigah pozulsun. Sənədə əsasən, tərəflərin birgə nigahından anadan olmuş 08 mart 2013-cü il təvəllüdlü və 17 iyun 2016-cı il təvəllüdlü övladları anaları G. Rüstəmxanlı – Məmmədovanın yanında qalmaları müəyyən edilib.

Xatırladaq ki, bir müddət öncə-14 fevral tarixində Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı-Cəfərova müğənni Elçin Cəfərovdan boşanmışdı.

Qeyd edək ki, millət vəkilinin oğlu Cəmil Rüstəmxanlının həyat yoldaşı Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır.







 

11:45 - 15 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin