Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkim işdən qovuldu

 Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkim işdən qovuldu

Bakıda həyat yoldaşı tərəfindən iş yerində sevgilisi ilə birlikdə tutulan həkim İbrahim Əsədli işlədiyi klinikadan qovulub.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, uzun müddət “Loğmed” Klinikasında çalışan onkoloq-həkim iş yerində sevgilisi ilə tutulandan sonra işdən uzaqlaşdırılıb. Klinika rəhbərliyi dərhal İ.Əsədlini işdən azad edib və klinikadan kənarlaşdırıb.

“Loğmed” Klinikasından Metbuat.az-a faktı təsdiqləyiblər. Bildiriblər ki, iki həftədən artıqdır ki, İbrahim Əsədli “Loğmed” Klinikasının işçisi deyil. Hadisədən sonra həkim tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, fevralın 27-də tanınmış həkim-onkoloq İbrahim Əsədlinin sevgilisi olduğu bildirilən A.Sultanova həkimin həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasında baş verib.

Həmin klinikada işləyən İbrahim Əsədli sevgilisi Aynur Sultanova ilə iş otağında olarkən həyat yoldaşı Aynur Əsədli həkimin otağına gəlib. Bu vaxt A.Əsədli ilə həyat yoldaşı İ.Əsədli arasında mübahisə yaranıb. Mübahisə “Loğmed” klinikasının həyətində də davam edib. İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.

Hadisə nəticəsində İ.Əsədli həyat yoldaşını tutub, sevgilisi A.Sultanova isə Aynur Əsədliyə xəsarət yetirib. Zərərçəkmiş A.Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib.

Artıq iş üzrə ekspertiza təyin olunub.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan, İ.Əsədlinin həyat yoldaşı Aynur Əsədli də həkimdir.

10:15 - 15 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin