Həmkəndlilər dava etdilər - TƏFƏRRÜAT

 Həmkəndlilər dava etdilər - TƏFƏRRÜAT

Astara rayonunda 2009-cu il təvəllüdlü Adəm həmkəndlisi Əliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 9 sentyabr 2023-cü ildə, saat 21 radələrində Astara rayon Kakalos kəndindən baş verib. Adəm kənddən keçən yolda həmin kənd sakini Əlinin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onun üz nahiyəsinə qəsdən 2 dəfə yumruqla zərbə vurması nəticəsində xəsarətlər yetirib. 

Hadisəni törədən Adəmin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 9-da, saat 20 radələrində Astara rayon Kolatan kəndində yerləşən evində oturduğu vaxt qohumu Bəhruz onun istifadəsində olan mobil telefona zəng edib və kəndlərində yerləşən “Aygün” marketin yanma gəlməsini bildirib: “Mən evdən çıxıb Bəhruzun dediyi yerə getdim. Bəhruzla görüşdükdən sonra təxminən 5-10 dəqiqə müddətində yolun kənarındakı oturacağın üzərində əyləşdik. “Aygün” marketin intenetinə qoşulduq. Orada oturan zaman “Aygün” market bağlandığından Bəhruzla qərara gəldik ki, gedib Kakalos kəndindəki marketdən içməyə bir şey alaq. Biz yolun kənarı ilə Kakalos kəndinə gedərkən dostumuz Sədiyə zəng etdik, “Ay” marketə getdiyimizi, onun da gəlməsini istədik. Sədi də Kakalos kəndində yerləşən evlərinin qarşısına çıxdı və bizə qoşuldu. Biz yolla gedərkən Əli qarşımıza çıxdi. İçkili olduğundan ayaq üstə dura bilmirdi. Əli bizə salam verdi. Biz də ona salam verdikdən sonra yolumuza davam etdil”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, onlar Kakalos kəndində yerləşən “Ay” marketə çatırlar: “Üçümüzdə marketin içərisinə daxil olduq, bir neçə ərzaq məhsulları alaraq çölə çıxdıq. Marketdən çıxdıqdan sonra Kolatan kəndinə tərəf yola düşdük. Kakalos kəndindəki yolla gedərəkən yolun kənar hissəsindən keçən qaz borusunun üzərində oturduq. Aldığımız məhsulları yeməyə başladıq. Biz elə təzə oturmuşduq ki, Əli anidən oraya gəldi. Mənə yaxınlaşıb, qəflətən sol əlimdən tutaraq sinəmə yumruq atdı və üz nahiyəmə şillə ilə vurdu. Əlinin sərxoş vəziyyətdə olduğunu gördüm, ona əhəmiyyət verməyərək, oradan uzaqlaşdıq. Biz təxminən 20-30 metr irəliləmişdik ki, Əli arxamızca gəldi. Məni və ailə üzvlərimi təhqir etdi. Mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək geriyə dönüb onun üzərinə yeridim. Əlidən nə səbəbə məni söydüyünü soruşdum. O da “əcəb eləyirəm” deyə ifadə işlətdi. Əlinin cavabından əsəbləşərək onun üz nahiyəsindən 2 dəfə yumruqla zərbə vurdum. Zərbə nəticəsində Əli yerə yıxıldı. Əli yerə yıxılanda sol qolunun üzərinə düşdü. Həmin vaxt yanımda olan dostlarım Bəhruz və Sədi məni sakitləşdirdi. Dostlarım ilə birlikdə yaşadığım kəndə yola düşdük. Biz təhsil aldığımız Kakalos kənd məktəbinin qarşısında oturan zaman Əli yanımızdan ötüb keçdi. Gec olduğunu düşünüb durub evə getdik. Sonradan Əlini görmədim. Səhərisi eşitdim ki, Əlinin qolu sınıb. Əli deyib ki, mənim vurduğum zərbə nəticəsində yıxılıb qolu sınıb”. 

İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, sentyabrın 9-da Bakı şəhərindən övladları anasıgillə yaşadığı evə qonaq gəliblər: “Mən də övladlarımı görmək məqsədi ilə həmin gün saat 21 radələrində Astara rayon Kakalos kəndində yerləşən özümə məxsus yaşayış evindən çıxdım və anamgillə yola düşdüm. Həmin vaxt spirtli içki qəbul etdiyimdən sərxoş vəziyyətdə olmuşam. Kakalos kəndi ərasindən keçən yolun kənarı ilə gedən zaman Adəm ilə qarşılaşdım. Adəmin yanında Bəhruz və Sədi adlı dostları da olub. Sərxoş halda olduğumdan heç bir səbəb olmadan əsəbiləşərək Adəm və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etdim. Sözümdən əsəbiləşərək Adəm üzərimə doğru gəldi. Anidən mənim yumruqla üz nahiyəmə qəsdən 2 dəfə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Yerə yıxılan zaman sol qolumun üzərinə düşdüm. Mübahisə zamanı Adəmə heç bir zərbə vurmadım. Həmin vaxt yanımızda olan Bəhruz və Sədi mübahisənin daha da böyüməməsi üçün Adəmi  sakitləşdirdilər.Adəm məni vurduqdan sonra dərhal dostları ilə oradan uzaqlaşdılar. Mən də çətinliklə yerdən qalxdım və anamgilə tərəf getdim”. 

Zərərçəkmiş qeyd edib ki, mübahisədən sonra qolunda ilkin olaraq heç bir ağrı hiss etməyib: “Mən evə gəldim. Həmin baş vermiş hadisəni evdəki ailə üzvlərimə bildirdim. Daha sonra əl-üzümü yuyaraq yatdım. Səhər yuxudan oyandıqdan sonra sol əlimdə şiddətli ağrıların başladığını, həmin ağrıların dözülməz olduğundan həkimə müraciət etmək istədim. Bacım da ağrılı vəziyyətimi gördü. Adəmin anasına zəng etdi, belə bir hadisənin baş verdiyini bildirdi. Çox keçmədən Adəm və anası bizə gəldi. Birlikdə qonşuda olan sınıqçıya getdik. Sınıqçı qolumda qırıq olduğunu, həkimə müraciət etməli olduğumu demdşm. Biz evə qayıtdıqdan sonra bacım təcili yardıma zəng etdi. Az sonra təcili yardım briqadası gəldi. Təcili yardım maşını ilə Astara Rayon Mərkəzi Xəstəxanasına getdik.orada sol qolum rentgen müayinəsinə salındı. Müayinə nəticəsində 3 yerdən qırıq olduğu müəyyən olundu. Müayinədən sonra həkim tərəfindən sol qoluma gips qoyuldu. Gips qoyulduqdan sonra biz Daxili İşlər Nazirliyinin 102 xidməti zəng-mərkəzinə müraciət etdik, hadisə ailə bağlı məlumat verdik”. 

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adəmin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza alıb. 
 

Demokrat.az

10:00 - 14 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin