"Baku Electronics” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Baku Electronics” MMC-nin vergi borcu 1 213 691.29 manatdır. Bu vergi borcu 11.03.2024-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda Respublika üzrə 31 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.