“Baku Electronics”in dövlətə vergi borcu - 1.2 milyon manat

 “Baku Electronics”in dövlətə vergi borcu - 1.2 milyon manat

"Baku Electronics” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Baku Electronics” MMC-nin vergi borcu 1 213 691.29 manatdır.  Bu vergi borcu 11.03.2024-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda Respublika üzrə 31 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.

16:00 - 13 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin