Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.
Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.
Emilya Abdurahmanova isə yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.