Bakıda erməni təbliğatı - VİDEO

 Bakıda erməni təbliğatı - VİDEO
Bakı şəhərinə Ermənistan haqqında kitablar gətirilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Nəsimi rayonu ərazisində yerləşən küçədə kitab rəfi yerləşdirilib.

Həmin rəfdə Ermənistanda insan haqlarından bəhs edən kitablar qoyulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhəri, Bəşir Səfəroğlu, 191 ünvanında küçədə olan kitab rəfinə qoyulan kitablarla bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək”.

 

15:00 - 12 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin