Bakıda qadın həyəcanlı anlar yaratdı, hadisə yerinə xilasedicilər cəlb edildi - VİDEO

 Bakıda qadın həyəcanlı anlar yaratdı, hadisə yerinə xilasedicilər cəlb edildi - VİDEO
Paytaxtın Nərimanov rayonunda qəribə hadisə baş verir.

Asayis.Az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Azadliq prospekti 116 ünvanında 41 yaşlı qadın məişət əşyalarını mənzildən aşağı atıb. Hadisə yerinə gələn polis əməkdaşları üçün mənzilin qapısını açmır. Baş verə biləcək intihar hadisəsinin qarşısını almaq məqsədilə əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik:
 

 

14:15 - 12 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin