Dövlət qurumları Zəngilandakı hadisəyə aydınlıq gətirdi

 Dövlət qurumları Zəngilandakı hadisəyə aydınlıq gətirdi

Zəngilanın Ağalı kəndinə 41 ailə köçürülüb. 

Köç prosesi zamanı Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürək tutmasından vəfat edib.

Məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif səpkilərdə müzakirələr gedib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlər və blogerlərdən bu tip mələlərə həssas yanaşmağı xahiş edib.

“Mərhumənin oğlu bildirib ki, tibb xidmətləri vaxtında göstərilib”, – deyə qeyd edib. 

TƏBİB-in İdarə Heyətin Sədri Vüqar Qurbanov bildirilib ki, 41 ailə ilə yanaşı həkim briqadası da Zəngilana köçüb.

21:26 - 25 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin