Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıdıb

 Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıdıb

Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıdıb

“YAŞAT” Fondu tərəfindən daha iki qazimiz Türkiyəyə müalicəyə göndərilib.

Türkiyədə müalicə alan qazilərimiz Məmmədov Şəmsi Lətif oğlu, Qocayev Emil Azər oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Qələndərli Cavad Rəşad oğlu, Osmanov Zamir Şakir oğlu, Qədirli Alı Azər oğlu, İbrahimov Samurat Nuru oğlu, Orucov Samir Surxay oğlu, Mabudlu Şaban Baloğlan oğlu və müayinə üçün Türkiyəyə göndərilən qazimiz Dadaşov Ənibəy Xanıbəy oğlu ölkəmizə geri qayıdıb.  

Onlardan 6-sı 1 ildən artıq müddətdir ki, Türkiyədə müalicə alıb. 
 Ağır yaralanan qazilərimiz Səmədov Elnur Qalib oğlu və Əhmədov Ceyhun Məlikşah oğlu müalicə məqsədilə Türkiyəyə göndəriliblər. 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 172 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

16:05 - 25 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin