Masallı, Göygöl və Lerikin yeni başçıları kimlərdir?

 Masallı, Göygöl və Lerikin yeni başçıları kimlərdir?

Bu gün Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni icra başçısı təyin etdi.

Yeni təyin olunan icra başçılarının dosyesini təqdim edir:

Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan Araz Əhmədov General-mayordur və DTX əməkdaşıdır.

Göygöl Rayon İcra Hakimiyyətinin yeni başçısı, 1983-cü il təvəllüdlü Elvin Paşayev bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini və nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Lerik Rayon İcra Hakimiyyətinin yeni başçısı Əkbər Abbasov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda İcraçı direktorun müavini vəzifəsində çalışıb. Bu təyinata qədər isə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

O, 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

14:27 - 25 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin