Abşeron rayonunda qadını qətlə yetirməkdə ittiham olunan Eynulla Quliyevin cinayət işi üzrə ibtidai sitintaq başa çatıb.
Asayis.Az-ın məlumatına görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nurəddin Hüseynlinin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, ötən ilin dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu, Fatmayı kəndində 29 yaşlı Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 62 yaşlı Quliyev Eynulla Bəhlul oğlu saxlanılıb.
E.Quliyevin Şamaxı şəhərindəki kolleclərin birində müəllim işlədiyi bildirilir.
Demokrat.az