Astarada 23 yaşlı gəlin qayınanasını döydü - TƏFƏRRÜAT

 Astarada 23 yaşlı gəlin qayınanasını döydü - TƏFƏRRÜAT

Astara rayonunda 2001-ci il təvəllüdlü Gulnarə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qayınanası Sevilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisəni törədən Gülnarənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülnarə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisədən 6 gün öncə evdə qayınanası ilə aralarında ailə daxili mübahisələri olub: 

“Bu səbəbdən atamgilə getdim. Baldızım Könül cehizlərimi götürməyim barədə xəbər göndərdi. Hadisə günü, saat 9 radələrində qardaşım Vəli ilə birlikdə əşyalarımı götürmək üçün qaynanamın yaşadığı evə getdim. Evə daxil olan zaman qayınanam məni evə buraxmaq istəmədi. Bu vaxt qayınanam ilə əlbəyaxa oldum və qaynanamın üzünə bir zərbə vurdum. Sonra onu kənara itələyib bayıra çıxdım”.
 
İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, Gülnarə hadisədən 6 gün öncə atası evinə gedib: 

“Sonra bizə boşanacağı və gəlib evdən əşyalarını götürəcəyi barədə xəbər göndərdi. Hadisə günü, saat 9 radələrində ailəmilə birlikdə evdə olan zaman Gülnarə və qardaşı yaşadığım evə gəldilər. Gülnarənin gəlməsinə narazılıq edən zaman Gülnarə üstümə hücüm çəkərək, sifətimə bir neçə yumruq zərbəsi endirdi. Həmin vaxtı qızım qolumun sınıq olması barədə Gülnarəyə xəbardar etməsindən sonra məni buraxaraq bayıra çıxdı”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində  baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Gülnarənin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

11:00 - 5 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin