Ağdaş rayonunda 2000-ci il təvəllüdlü İmran yetkinlik yaşına çatmayan Aydanı (adlar şərti göstərilib – red.) ailə həyatı qurmaq üçün qaçırıb, onunla cinsi əlaqədə olub.
Asayis.Az-ın məlumatına görə, İmran Aydan ilə ilk dəfə 2022-ci ilin noyabrın ortalarında Ağdaş rayonunun kəndində yerləşən evdə cinsi əlaqəyə girib.
Daha sonra isə 2023-cü ilin yanvarın əvvəllərində Ağdaş yaşadığı evdə cinsi əlaqədə olub.
Hadisəni törədən İmranın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İmran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, təxminən 2022-ci il yay aylarında ailəsi ilə birlikdə Qəbələ rayonuna qohumlarına baş çəkməyə gedib:
“Qəbələ rayonunda yerləşən Heydər parkına getdim. Orada Aydan ilə tanış olaraq bir-birimizə telefon nömrələrimizi verdik. Bundan sonra telefon vasitəsi ilə bir-birimiz ilə tez-tez əlaqə saxlamağa başladıq və aramızda sevgi münasibəti yarandı. Aydan ilə aramızda sevgi münasibətinin olması barədə ailəmə də məlumat verdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin noyabrında telefonla danışan zaman Aydanla ailə qurmaq məqsədi ilə onunla qaçmağı təklif edib, Aydanda onunla razılaşıb:
“2022-ci ilin noyabrın ortalarında qaçmaq barədə razılığa gəldik. Həmin tarixdə tanımadığım taksi ilə Qəbələ şəhərinə getdim. Orada Aydan ilə görüşdüm və birlikdə əvvəldən kirayə olaraq qaldığım Yasamal rayonu, 20 Yanvar metrosunun yaxınlığında yerləşən dəqiq ünvanını xatırlamadığım evə getdim. Anam xəstə olduğuna və narahat olduğuna görə Aydanı qaçırdım. 2 gün sonra valideyinlərimə zəng etdim, Aydanla birlikdə qaçdığımı bildirdim. 4 gün orada qaldıqdan sonra Ağdaş rayonunun kəndidə yerləşən evə qayıtdım. Həmin tarixdə təbii yolla cinsi əlaqdə olduq. Təxminən 2023-ci ilin yanvarında Aydanın hamilə olduğunu öyrəndim. 6 sentyabr 2023-cü ildə qayınanam Aydanın övladını dünyaya gətirməsi üçün Qəbələ rayon Mərkəzi xəstəxanasına apardım. Sentyabrın 7-də Qəbələ rayon Mərkəzi xəstəxanasında qız övladımız dünyaya gəldi”.
Təqsirləndirilən şəxs bildirib ki, Aydanı qohumları vasitəsi ilə tanımış, valideynləri iki dəfə Aydangilə elçi gediblər və onun valideynlərinin razılığını aldıqdan sonra nişanlanaraq 3-4 ay nişanlı qalıblar:
“Aydanla birlikdə ailə qurmaq üçün qaçmağa qərar verdik. Bu mənim tək qərarım olub. Bizim birlikdə qaçmağımızdan nə mənim, nə də Aydanın valideynlərinin xəbərləri olmayıb. Aydanla cinsi əlaqədə olarkən ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişəm”.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, İmran ilə Qəbələ şəhərində tanış olub, biri-birilərini sevdikləri üçün evlənmək qərarına gəliblər:
“Mən özüm İmranla evlənmək istəmişəm. Valideynlərim məni məcbur etmədilər. Mənim İmranla qaçacağım barədə valideynlərimin məlumatı olmayıb. İmran məndən doğum şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi istəməyib. Mən İmrana yaşımın 15 olduğunu demişəm. İmran məni qaçırandan sonra toy edəcəkdi, ancaq yaşımı biləndən sonra toy etməyə qorxdu. İmranla qaçandan bir həftə sonra məni özünün yaşadığı evə gətirdi. İmranın valideynləri məni görüb təəcübləndilər. Sonra həmin evdə İmranla cinsi əlaqədə olmuşam”.
Zərərçəkmiş qeyd edib ki, hazırda İmranla bir yerdə mehriban bir ailə kimi yaşayır və onların bir azyaşlı uşaqları var:
“Məni İmranla evlənməyə heç kim məcbur etməyib. İmran məni zorla qaçırmayıb. Onunla öz razılığım ilə getmişəm, öz razılığım ilə cinsi əlaqədə olmuşam. İmrandan heç bir şikayətim yoxdur”.
İş üzrə zərərçəkmiş Aydanın anası Südabənin sözlərinə görə, İmran onların qonşularıgilə gəlib-gedərkən Aydan ilə tanış olub:
“2022-ci ilin yay aylarında böyük qızım Aydanı parkda bir oğlanla görüb və bu barədə mənə dedi. Aydan ilə İmran mütəmadi telefonla danışıblar. Sonra isə İmranın valideynləri bizə elçi gəldilər. Biz qızımızın azyaşlı olduğunu bildirdik və İmranı vermək istəmədik. Lakin Aydan əgər onu i İmrana verməsələr özünü öldürəcəyini dediyinə, elçilər də İmranın əsgərlikdən təzə gəldiyini, onun anasının xəstə olduğunu dediklərinə görə razılıq verdik. Biz Aydanın 18 yaşı tamam olduqdan sorra toy etmək barədə razılığa gəldik. Lakin 2022-ci ilin noyabrın ortalarında Aydan xəbərimiz olmadan İmrana qoşulub getdi. Aydanın hamilə olduğunu eşidəndən sonra onun azyaşlı olmasından qorxduğumuza görə mütəmadi olaraq həkim nəzarətində saxlamaq üçün onu evimizə gətirdik. Ərim ilə birlikdə bir müddət Bakı şəhərində işlədiyimizə görə uşaqlar anamın nəzarətində olublar. Ona görə bir az boşluq olub. Əvvəllər İmranın ailəsini tanımamışıq”.
Bu cinayət işinə Ağdaş Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İmranın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verilib.