İt dişləyən uşağın vəziyyəti ağırdır - TƏBİB

 İt dişləyən uşağın vəziyyəti ağırdır - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsi Qobuda azyaşlı uşağı it dişləməsi hadisəsi barədə məlumat yayıb.

TƏBİB-dən Asayis.Az-a daxil olan rəmi məlumatda deyilir:

“03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”.

17:00 - 4 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin