Asayis.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da olduqca çoxdur.
Onun sözlərinə görə, bir xəstənin bir illik dializ müalicəsi təqribən 16 min manatdır.
Xəstəyə böyrək köçürülməsi də eyni məbləğdir. Bu səbəbdən orqan köçürülməsinin tez baş tutması həm xəstənin ağrıdan qurtulmasına, həm də rəsmi qurumların iqtisadi cəhətdən xərclərinin azalmasına gətirib çıxaracaq.
Meyitin donor olması üçün isə beyin ölümü gerçəkləşməlidir. Əsas problem də elə budur. Ölkədə həkimlərin çoxu tərəfindən beyin ölümü gerçəkləşmiş xəstələrə “beyin ölümü” diaqnozu qoyulmur.
Koordinasiya Mərkəzi bir ildir fəaliyyət göstərsə də bu müddət ərzində könüllü donor olmaq üçün sadəcə 30-a yaxın adam müraciət edib.
Ətraflı süjetdə: