Səhlab Bağırov danışdı: “Rəhbərlik məsləhət bilərsə…”

 Səhlab Bağırov danışdı: “Rəhbərlik məsləhət bilərsə…”

Bir sıra saytlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, onun yerinə  isə  Çevik Polis Alayının rəisi Səhlab Bağırovun təyin ediləcəyi qeyd olunub.

Məsələ ilə bağlı açıqlama verən polis general-mayoru Səhlab Bağırov bildirib ki, yeni vəzifəyə təyin edilməyib:

“Mən bu söhbətləri 15-20 ildir eşidirəm. Amma ortada heç nə yoxdur. Öz yerim də yaxşıdır, razıyam. Bu elə məsələdir ki, rəhbərlik həll edir. Əgər rəhbərlik məsləhət bilərsə, gedib orda da işləyə bilərəm. Problem yoxdur”.

16:27 - 23 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin