Sahibsiz it bir gündə 8 nəfəri dişlədi

 Sahibsiz it bir gündə 8 nəfəri dişlədi

Türkiyədə sahibsiz it eyni gündə 8 vətəndaşı dişləyib. 

Asayis.Az
 xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Diyarbəkir vilayətində baş verib.

Yaralanan vətəndaşlar bölgə xəstəxanasına yerləşdirilib. 

Vətəndaşlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ehtiyat tədbiri olaraq quduzluğa qarşı peyvənd vurulub.

12:00 - 2 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin