Azərbaycanlıların boy problemi - Niyə qısalırıq? - VİDEO

 Azərbaycanlıların boy problemi - Niyə qısalırıq? - VİDEO
Uşağının yaşıdları ilə müqayisədə boyunun kiçik olması valideynləri narahat edir. Boyun inkişafına bir çox amillər təsir edir.

Asayis.Az xəbər verir ki, pediatr Sənubər İsmayılova boy qısalığının iki qrupa bölündüyünü bildirib. O bu barədə "Xəbərin olsun" verilişinə açıqlamasında deyib:

"Boy qısalığını iki qrupa bölmək olar: normal və patoloji boy qısalığı... Normal boy qısalığı dedikdə burada uşaqların boyu hədəf qoyulan normala boya çatmış olur. Patoloji boy qısalığı isə müxtəlif səbəblərdən yaranır. Buna irsi və genetik xəstəliklər, daun və digər sindiromlar, qalxanabənzər vəzin patologiyaları səbəb ola bilər".

Pediatr onu da qeyd edib ki, uşağın boyunun artmamasının digər ciddi səbəbləri də ola bilər. Bunlar qaraciyər və böyrək xəstəlikləri, o cümlədən düzgün qidalanmamaqdan qaynaqlana bilər.

Ətraflı videoda:
 

 

17:15 - 29 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin