Tərtər rayonunda 2004-cü il təvəllüdlü Ayaz qonşusunun azyaşlı oğlu, 2015-ci il təvəllüdlü Qasıma (adlar şərti göstərilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Asayis.Az-ın məlumatına görə, hadisə 22 iyul 2022-ci ildə Tərtər rayonunun kəndində baş verib. Ayaz kənd ərazisində yerləşən əkin sahəsində həmkəndlisi və qonşusu Qasıma zor tətbiq etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edib. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonunun kəndində yaşayır: “Qasım mənim həmkəndlim və qonşumdur. Qasımın ailə üzvləri ilə aramızda heç bir ədavətlərimiz və ya düşmənçiliyimiz olmayıb. İyulun 22-də, saat təxminən 10 radələrində sahədə mal qaralarını otardığım zaman Qasım velosipedlə yanıma gəldi. Onun velosiped sürüb oynadığını gördüm. Həmin vaxt Qasımı yanıma çağırdım, ehtiraslandığım üçün onun qısa şalvarını aşağı çəkərək yerə yıxdım. Ona qarşı seksual xarakterli hərəkətlər etməyə başladım. Həmin vaxt Qasım ağladığı üçün onu buraxaraq ayağa durdum. Qasım da velosipedini sürüb evlərinə tərəf getdi. Mən isə Qasımın ardınca gedərək onların evlərinə çatdıqdan sonra Qasımın anası Lətifəni gördüm. Ona oğlu Qasımın yonca sahəsində ağladığını gördüyüm üçün onlara təhvil vermək üçün gəldiyimi dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qayıdıb evlərinə gedib: “Evdə atam Sahibə məxsus mobil telefonu götürdüm və Qasımın atası Vaqifin xatırlamdığım mobil telefon nörməsinə zəng edərək oğlu Qasımın bizə məxsus yonca sahəsində ağladığını gördüyümü, onu evlərinə aparıb təhvil verdiyimi dedim. Bir müddət sonra isə Qasımın valideynləri mənim valideynlərimə bu barədə məlumat verdilər. Anam yatılı olduğum zaman məni durğuzdu və Qasımın atasının mənim atam Sahibə zəng edərək törətdiyim hadisəni danışdığını, Qasıma cinsi təcavüz etdiyimi dediyini bildirdi. Mən də bu barədə anama danışdım, Qasıma qarşı cinsi təcavüz etdiyimi etiraf etdim”.
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra valideynləri üzrxahlıq üçün Qasımgilə getdiyi üçün o da valideynlərinin ardınca onlara gedib: “Mən Qasımın atası Vaqifdən üzürxahlıq etdim. Sonradan isə onların rayon polis şöbəsinə şikayət etdiklərini eşitdim. Polis əməkdaşlarının dəvəti ilə atam ilə birlikdə rayon polis şöbəsinə gəldik. Qasımla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Onunla əvvəllər də hər hansı formada cinsi əlaqədə olmamışam və ya ona qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Qasıma qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra bu barədə öz valideynlərimə danışmışam”.
Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən azyaşlı Qasım dindirmə zamanı suallara cavab olaraq susub, başını aşağı-yuxarı etməklə cavab verib və onun dindirilməsi mümkün olmayıb.
İş üzrə qanunu nümayəndə, zərərçəkmiş Qasımın anası Lətifənin sözlərinə görə, ailə üzvləri ilə birlikdə Tərtər rayonunun kəndində yaşayır: “Heç bir yerdə işləmirəm, 3 azyaşlı övladım var. Təqsirləndirilən Ayaz həmkəndlim və qonşumdur. Əvvəllər aramızda ədavətlərimiz və ya düşmənçiliyimiz olmayıb. 22 iyul 2022-ci ildə, saat təxminən 11 radələrində yaşadığım evdə olan zaman oğlum Qasım həyəcanlı vəziyyətdə və ağlaya-ağlaya yaşadığımız evə gəldi. Onunla birlikdə isə qonşumuz Ayaz da gəldi. Mənə yaxınlaşaraq oğlum Qasımın kəndin ərazisində su borusunun üzərindən yerə yıxıldığını, qorxduğunu bildirdi, ona su verməyimi məsləhət görərək getdi. Qasımdan nə baş verdiyini soruşduqda, sonuncu ağlaya-ağlaya qonşumuz Ayazla birlikdə yaşadığımız evin yaxınlığında velosiped sürən zaman onu aldadaraq özlərinə məxsus yonca sahəsinə aparıb, örüş yerində mal-qaranın yanında yoncanın içərisinə uzandıraraq seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirdi. Həmin vaxt oğlumun əynində olan qısa şalvarın qan içində olduğunu gördüm”.
Lətifənin sözlərinə görə, bundan sonra Qasımın arxa nahiyəsinə baxan zaman qan axdığını görüb: “Sonra həyat yoldaşım Vaqifə zəng edərək bu barədə məlumat verdim. Bir qədər sonra həyat yoldaşım yaşadığımız evə gəldi və Ayazın ona da zəng edib Qasımın yıxıldığını dediyini bildirdi. Qasım olanları həyat yoldaşım Vaqifə də danışdıqdan sonra onu da götürərək kənddə yaşayan həkimin yanına apardıq. Həkim Qasımın arxa nahiyəsinə baxdıqdan sonra onun arxa keçəcək dəliyindəki xəsarətin yıxılma nəticəsində deyil, cinsi təcavüz nəticəsində yetirliməsinin mümkün olduğunu bildirdi. Bundan sonra yaşadığımız evə gəldikdən sonra həyat yoldaşım Vaqif Ayazın atası Sahibə zəng edərək evə dəvət etdi.
Biz Sahibə baş verənlər barədə danışdıq. Ayazın atası Sahib isə övladından imtina edəcəyini bildirdi. Bir qədər sonra isə Ayaz yaşadığımız evə gəldi və törətdiyi işi həyat yoldaşım Vaqifə əvvəlcə etiraf etməsə də, sonradan etiraf etdi, onu bağışlamağımızı xahiş etdi. Sahib və həyat yoldaşı oğlu Ayazın səhv hərəkətlər etdiyini bildirsələr də, onlarla razılaşmadıq. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdik”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 11 il müddətinə azadlıqdan məhrum edilib. Ayazın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 23 iyul 2022-ci il tarixdən hesablanması qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi Ayazın əməlində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin tərkibi olmadığını, bu səbəbdən onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şikayət araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti qərar elan edib.
Apellyasiya şikayətinin araşdıran hakimlər heyəti birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün, hərtərəfli araşdırıldığını, təqsirləndirilən şəxsin əməlinə düzgün qiymət verildiyi qənaətinə gəliblər. Bu səbəbdən Ayazın müdafiəçi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
Demokrat.az