Laçında itkin düşən hərbçimizin anası - "Dünən danışdım, yaxşıyam dedi" - VİDEO

 Laçında itkin düşən hərbçimizin anası -
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Asayis.Az xəbər verir ki, Ruslan Pənahov 2005-ci il mayın 29-da anadan olub.

Anasının verdiyi məlumata görə, o, iyul ayında hərbi xidmətə yollanıb.

Ruslan Pənahov ailəsi ilə dünən danışıb və vəziyyətinin yaxşı olduğunu deyib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hərbçinin saxlanıldığını, hadisə ilə əlaqədar cinayət işinin açıldığını bildirib.
 

 

 

10:15 - 29 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin