Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddi artırılıb.
Asayis.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli 2415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
Qərara əsasən, Mərkəzin işçilərinin say həddi 20-dən 21-ə qaldırılıb.
Həmçinin, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” aşağıdakı redaksiyada təsdiqlənib:
1. İcraçı direktor 2732
2. İcraçı direktorun müavini 2458
3. Müşavir 2125
4. Baş mühasib 2001
5. Şöbə müdiri 1946
6. Baş məsləhətçi 1732
7. Aparıcı məsləhətçi 1421
8. Məsləhətçi 1283
9. Hüquqşünas, informasiya texnologiyaları
üzrə mütəxəssis 1104
10. Avtomobil sürücüsü 495