32 il sonra atasının Xocalıdakı məzarını tapdı - VİDEO

 32 il sonra atasının Xocalıdakı məzarını tapdı - VİDEO

 

Aparıcılığını Lalə Azərtaşın etdiyi "Təsir dairəsi" proqramının növbəti buraxılışı işğaldan azad edilən Xocalıda çəkilib. 

Asayis.Az xəbər verir ki, aparıcı 32 il əvvəl Xocalıdan qaçan bir neçə sakini torpağına aparıb. Onlardan biri də Salatın adlı qız olub. 

Salatın 32 il əvvəl itirdiyi və üzünü ancaq şəkildə gördüyü atasının Xocalıdakı məzarını axtarıb. Yelmar adlı şəxsin xanımı Müşkünaz Əhmədova həyat yoldaşını Xocalıda dəfn etməsindən danışıb:

"Yoldaşım şəhid oldu, Xocalıda dəfn etdik. 25-dən 25-na keçən gecə meşə ilə buradan çıxdıq".

Qızı Salatın və həyat yoldaşı şəhidin məzarını tapıb. 
 

14:00 - 27 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin