Maştağada toyu olacaq 16 yaşlı qız nəzarətə götürüldü

 Maştağada toyu olacaq 16 yaşlı qız nəzarətə götürüldü

Ötən gün qarşısı alınan erkən nikah səbəbkarları, yəni valideynlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb, izahatları alınıb.

Bu barədə Asayis.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, azyaşlı və valideynlərinə eyni zamanda qarşı tərəf və onun valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.

Azyaşlı və onun ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rayon İcra Hakimiyyətinin həmçinin rayon polis şöbəsinin nəzarətində saxlanılmaqla peşə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Bakının Maştağa qəsəbəsində 16 yaşlı qızın bu günlərdə toyunun olacağı ilə bağlı məlumat yayılmışdı.

 

11:15 - 27 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin