Qarabağda icazəsiz silah daşıyan Rusiya sülhməramlılarının avtomobil karvanını saxlanıldı

 Qarabağda icazəsiz silah daşıyan Rusiya sülhməramlılarının avtomobil karvanını saxlanıldı

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

20:03 - 20 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin