"Bələdiyyələr haqqında həmişə mənfi notlarda danışırıq. Amma bələdiyyələri də dinləmək lazımdır. Onlar yerli problemlərə daha yaxındırlar”.
Asayis.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin iclasında bildirib.
Deputatın fikrinə görə, bələdiyyələr kənd yerlərində su təchizatlarının yaxşılaşdırılması, qəzalı məktəblərin yenidən qurulması ilə bağlı təkliflər ver bilərlər:
“Açıq söhbətlər göstərdi ki, ölkədə bələdiyyələrlə bağlı problemlərdə əsas məsələ Konstitusiya ilə tənzimlənən səlahiyyətlərin yerlərdə tam icra edilə bilməməsidir. İslahatlar paketi hazırlanmalıdır. Bələdiyyələrin yerli icra orqanlarından asılılıq məsələsi həll olunmasa, bundan sonra 25 il də onların səmərəli fəaliyyətindən danışmaq olmaz.
Bələdiyyələrə ayrılan pul əvvəllər 30-35 milyon manat idi, indi 47 milyon manatdır. Bunlardan 55 faizi əməkhaqqına, 10 milyona yaxını isə yerli problemlərin həllinə yönəldilir. Azərbaycan kimi ölkələrdə 10 milyon manat yerli problemlərə kömək edə bilməz. Bələdiyyələrin şəhid ailələrinin, qazilərin problemlərinin həlli istiqamətində səlahiyyətləri artırılmalıdır”.