Asayis.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia olunur ki, mübahisəyə səbəb kişinin həmin qadına söz atması olub. Bundan sonra qadın kişini yumruq və şillə ilə döyüb.
Naxçıvan Daxili İşlər Nazirliyi yayılan görüntülərlə bağlı açıqlama yayıb.
Bildirilib ki, faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Qeyd olunub ki, məsələyə hüquqi qiymət veriləcək.
Həmin görüntüləri təqdim edirik: