“Daha çox ingilis, alman, fransız ədəbiyyatından əsərlər tərcümə olunur” - Şahbaz Xuduoğlu

 “Daha çox ingilis, alman, fransız ədəbiyyatından əsərlər tərcümə olunur” - Şahbaz Xuduoğlu

Xarici ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcüməsi bəzi oxucuları qane etmir. Xüsusən də gənclər xarici yazıçıların əsərlərini daha çox türk dilində oxumağa üstünlük verirlər. 

Tanınmış naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Demokrat.az-a açıqlamasında deyib ki, hər zaman peşəkar tərcüməçilərə ehtiyac var. 

O, qeyd edib ki, daha çox ingilis, alman, fransız ədəbiyyatından əsərlər tərcümə olunur:

“İşin həcmi böyüyür, daha çox kitab tərcümə etmək istəyirik. Ona görə də işinin peşəkarı olan tərcüməçilər axtarırıq. Ədəbi tərcümənin keyfiyyəti tez-tez mübahisələr doğurur. 

Təbii ki, yaxşı tərcüməçilər də var, nisbətən zəif də. Hər bir halda proses davam etməlidir ki, proqres də olsun. Ona görə də işlərimizin miqyasını genişlətməyi düşünürük”.

11:45 - 22 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin