Xarici ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcüməsi bəzi oxucuları qane etmir. Xüsusən də gənclər xarici yazıçıların əsərlərini daha çox türk dilində oxumağa üstünlük verirlər.
Tanınmış naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Demokrat.az-a açıqlamasında deyib ki, hər zaman peşəkar tərcüməçilərə ehtiyac var.
O, qeyd edib ki, daha çox ingilis, alman, fransız ədəbiyyatından əsərlər tərcümə olunur:
“İşin həcmi böyüyür, daha çox kitab tərcümə etmək istəyirik. Ona görə də işinin peşəkarı olan tərcüməçilər axtarırıq. Ədəbi tərcümənin keyfiyyəti tez-tez mübahisələr doğurur.
Təbii ki, yaxşı tərcüməçilər də var, nisbətən zəif də. Hər bir halda proses davam etməlidir ki, proqres də olsun. Ona görə də işlərimizin miqyasını genişlətməyi düşünürük”.