Yanvarda Naxçıvan şəhərində 7739 mənzil istiliklə təmin edilib

 Yanvarda Naxçıvan şəhərində 7739 mənzil istiliklə təmin edilib

Yanvar ayında Naxçıvan şəhərində 7739 mənzil istiliklə təmin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi tərəfindən qış mövsümü başlayandan 44 istilik qazanxanasına texniki baxış keçirilib, qurğu və avadanlıqlarda, qazanxanaların istiliklə təmin etdiyi inzibati və yaşayış binalarını birləşdirən magistral və paylayıcı istilik xətlərində müəyyən edilən nasazlıqları aradan qaldırmaq üçün təmir işləri aparılıb.

1985-ci ildən istismarda olan 3 ədəd suqızdırıcı qazanın yerinə yeni texnologiyalar əsasında hazırlanmış qaz sərfiyyatına qənaət edən 2 ədəd fərdi istilik qazanı, 1 ədəd genişlənmə çəni 57 nömrəli mərkəzi qazanxanada quraşdırılaraq işə salınıb.

Bir fərdi qazanxananın istismara yararsız vəziyyətə düşmüş istilik qazanının yerinə istilikvermə qabiliyyəti eyni olan yeni istilik qazanı quraşdırılıb. 2024-cü ilin yanvar ayında Naxçıvan şəhərində 32 idarə, müəssisə, təşkilat və 175 bina olmaqla, 7739 mənzil istiliklə təmin edilib.

12:15 - 16 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin