Biləsuvarda avtomobil aşıb, 2 nəfər ölüb

 Biləsuvarda avtomobil aşıb, 2 nəfər ölüb

Biləsuvarda avtomobilin aşması nəticəsində 2 nəfər ölüb.

Qəza rayonun Səmədabad kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Emin Baxış oğlu Quliyev idarəetməni itirib və "KIA" markalı avtomobili aşıb. Nəticədə sürücü ilə birgə sərnişin, 1958-ci il təvəllüdlü Qulu Qurban oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

14:36 - 18 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin