Uşağı döyən tərbiyəçi işdən qovulub

 Uşağı döyən tərbiyəçi işdən qovulub

Sosial şəbəkədə tərbiyəçinin uşağa qarşı etdiyi zorakılıqla bağlı araşdırmalar davam edir.

 Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bununla bağlı yeni məlumatlar paylaşıb.

”Bağçada uşağın döyülməsi faktı İsmayıllı rayon 1 saylı uşaq bağçasında baş verib. Tərbiyəçi işdən qovulub.Uşaq onun başına vuran tərbiyəçinin qohumudur”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb.

İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır.

Üç yaşlı usağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir.

10:57 - 14 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin