Elektron siqaretdən istifadə yeni bir xəstəliyin yaranmasına səbəb olub.
Asayis.Az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssislər araşdırma aparıb.
Bildirilib ki, yalnız elektron siqaretdən istifadə edən insanlarda yaranan yeni xəstəlik müəyyən edilib.
Bu xəstəliyin adı elektron siqaretlə əlaqəli ağciyər zədəsi olan “EVALI” adlandırılıb.
Xəstəlik yalnız elektron siqaretlərdən istifadə zamanı baş verən kəskin ağciyər zədəsidir.
Qeyd edək ki, bu yeni xəstəliyə ilk olaraq 17 yaşlı amerikalı tələbədə rast gəlinib.