“İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm”.
Asayis.az xəbər verir ki, bunu Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verən məhkum Əfsanə Cəfərova deyib.
O bildirib ki, üç aydır cəzaçəkmə müəssisəsindəyəm:
“2 il 11 ay həbs cəzası almışam, uşaqlarıma anam baxır. İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm. İnandığım namizədə səs verdim. Azərbaycan üçün bu gün hər kəs səsvermə hüququndan istifadə etməlidir”.
Könül Cəfərli