Bakı Şəhər Prokurorluğunda yeni təyinat olub.
Vüqar Nəsibov şəhər prokurorluğunda Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
O, indiyədək Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışırdı.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.