Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi - FOTO

 Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi - FOTO

Azərbaycanlı xanım boksçu Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.

Asayis.az-ın  məlumatına görə, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər.

Emili Rzayeva Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.

Qeyd edək ki, o, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır.

Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.

15:00 - 3 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin