Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yerə qayıtmağı təxirə salınıb.
Asayis.az xəbər verir ki, bu barədə "SpaceX"in rəsmi hesabı "X"da qeyd edib. Bildirilib ki, "Dragon" və Ax-3 heyəti Florida sahillərindəki uyğunsuz hava şəraiti ilə əlaqədar İSS-i tərk etməyəcək.
Xatırladaq ki, ötən gün Alper Gezeravcının Türkiyə saatı ilə 17:50-də kosmosdan ayrılacağı bildirilmişdi. Onun ABŞ-nin Orlando bölgəsinə eniş etməsi planlaşdırılırdı.
Onu da qeyd edək ki, Alper Gezeravcını kosmosa aparan gəmi yanvarın 16-da ABŞ-nin Florida ştatından Kennedy kosmos mərkəzindən səmaya buraxılmışdı.