Afiyəddin Cəlilovun oğlu Baku TV-yə danışdı: “Oğluma görə hər kəsdən üzr istəyirəm” - VİDEO

 Afiyəddin Cəlilovun oğlu Baku TV-yə danışdı: “Oğluma görə hər kəsdən üzr istəyirəm” - VİDEO

Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin atası Nihat Cəlilov hər kəsdən üzr istəyib.

O, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib.

N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.

O, oğlunun etdiklərinə görə Azərbaycan xalqından üzr istəyib.

Qeyd edək ki, “Jalilov” adı ilə “TikTok”da məşhurlaşmış şəxsin atası Nihat Cəlilov biznes fəaliyyəti ilə məşğuldur.

Xatırladaq ki, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsidir.

Son günlər küçədə və ictimai nəqliyyatda insanları narahat edən yeniyetmənin paylaşdığı videolar sosial şəbəkələrin gündəminə çevrilib.

 

VİDEO

14:30 - 2 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin