Naxçıvanda İşsizlikdən Sığorta Fondunun gəlirləri 51 % artıb

 Naxçıvanda İşsizlikdən Sığorta Fondunun gəlirləri 51 % artıb

Ötən il Naxçıvan Muxtar Respublikasında İşsizlikdən Sığorta Fondunun gəlirləri 5,1 milyon manat, xərcləri isə 2,1 milyon manat təşkil edib.

Asayis.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu Muxtar Respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov qurumun 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

"Fondun gəlirləri ümumi proqnozdan təqribən 10 % və ya 400 min manat, 2022-ci illə müqayisədə isə 51 % çox olub. Ötən ilin əvvəlinə Əmək və Məşğulluq Altsistemində (ƏMAS) qeydiyyatda olan işsiz və işaxtaranların sayı 394, ilin sonunda isə 6 187 (990 işsiz) nəfər olub", - deyə nazir əlavə edib.

10:45 - 1 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin