“Çukur”un məşhur aktyorunun evindən oğurluq edildi

 “Çukur”un məşhur aktyorunun evindən oğurluq edildi

“Çukur” serialında canlandırdığı “Cumali Koçovalı” obrazı ilə sevilən Türkiyənin məşhur aktyoru Necip Memili və həyat yoldaşı Didem Memilinin evlərindən zinət əşyaları oğurlanıb.

Son zamanlar yüz minlərlə lirəlik zinət əşyalarının yoxa çıxdığını anlayan Didem evə kamera quraşdırıb.

Onlar evlərinə təmizliyə gələn Fatma adlı qadının əşyaları vedrəyə qoyduğunu, daha sonra isə əşyaları evdən çantalarla çıxardığını görüblər.

Cütlük polis bölməsində üç cüt qızıl-brilyant sırğa, iki brilyant üzük, dörd qızıl boyunbağı, qızıl bilərzik, dəbdəbəli brend qadın çantaları və çoxlu qiymətli paltarın oğurlandığını bildirərək şikayət ərizəsi yazıb.

Şübhəli olaraq saxlanılan Fatma isə itən zinət əşyalarından xəbərsiz olduğunu bildirib.


16:10 - 13 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin