Oğuz-Şəki yolunun Calut kəndi ərazisindən keçən hissəsində gövdəsi çürümüş, budaqları qurumuş ağaclar magistral yolda hərəkət edən nəqliyyat vasitələri üçün böyük təhlükə mənbəyinə çevrilib.
Sakinlər bildiriblər ki, küləkli günlərdə dəfələrlə ağac aşıb, yol bağlanıb.
Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yolun sağ və sol mühafizə zonalarında dörd ədəd ağacın götürülməsi planlaşdırılıb.
Həmin ağacların qeyri-sabit hava şəraitində nəqliyyatın intensiv hərəkəti zamanı təhlükəli vəziyyət yaratma ehtimalı olduğu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanuni qaydada ərazidən götürülməsinə razılıq verilib.
Ətraflı Baku TV-nin süjetində:
BAKU.WS
VİDEO