Bakıda avtomobilini evinin yaxınlığında pulsuz park etmək istəyən vətəndaşlardan biri redaksiyamıza müraciət edib.
O, BAKU.WS-ə müraciəti zamanı bildirib ki, Nəsimi rayonu ərazisində pulsuz parkinqdən yararlanan bilmir.
Vətəndaş bu məsələdə Yerüstü Nəqliyyat Agentliyindən narazılıq edib.
Məsələ ilə bağlı agentliyə müraciət etdik və qurumdan BAKU.WS-ə bildirildi ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.
Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər.