Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA

 Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA

Yanvarın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qar örtüyünün hündürlüyü Laçında, Ordubadda 30 sm, Şəkidə 12 sm, Şahbuz, Lerik, Qrız, Gədəbəydə 8 sm, Sədərəkdə 7 sm, Altıağac, Naxçıvanda 5 sm, Şərurda 4 sm, Xaltanda 3 sm, Yardımlı, Qobustanda 2 sm olub.

Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Cəlilabad, Qobustanda 4 mm, Altıağac, Naxçıvan, Sabirabad, Neftçala, Yardımlı, Şahbuz, Şərur, Ordubad, Sədərək, Gədəbəy, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Şabran, Beyləqan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Şuşa, Laçın, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Şəki, Şamaxı, Quba, Zaqatala, Xaltan, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Tərtərdə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə şaxta qeydə alınıb.

12:45 - 30 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin